Modern.az

DİN Şabrandakı qəza ilə bağlı məlumat yaydı

DİN Şabrandakı qəza ilə bağlı məlumat yaydı

Aktual

7 İyul 2022, 10:32

Daxili İşlər Nazirliyi (DİN) dünən Şabranda 3 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, iyulun 6-da saat 16 radələrində Şabran rayonunun Gəndob kəndi ərazisində rayon sakini Aydın Məmmədovun idarə etdiyi “VAZ-21074” və Xaçmaz şəhər sakini Nazim Səlimovun idarə etdiyi “VAZ-21061” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və N.Səlimovun sərnişini olan həyat yoldaşı Üzülfət hadisə yerində ölüblər.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər