Nizami rayonunda mağazadan külli miqdarda pul oğurlanıb.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, bununla bağlı Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşları əməliyyat keçirib.
Əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 6000 manat oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş E.Zeynalov saxlanılıb.
Araşdırma aparılır.