Modern.az

Həyətində narkotik yetişdirən şəxs tutuldu

Həyətində narkotik yetişdirən şəxs tutuldu

Aktual

7 İyul 2022, 11:38

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a bildirilib ki, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Canallı kənd sakini Aslan Qocayevin özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

 

Əraziyə baxış zamanı oradan 47 ədəd ümumi çəkisi 5 kq 205 qram olan narkotik çətənə kolları aşkar edilərək götürülüb. Bundan başqa həmin ünvandan 255 qram çəkidə qurudulmuş marixuanda da aşkar edilərək götürülüb.

 

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər