Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov Gəncə şəhər Gülüstan qəsəbəsində məskunlaşmış Kəlbəcər rayon sakini l Qarabağ müharibəsi veteranı, şəhid atası, uzun illər Gəncə Dövlət Filarmoniyasının salisti olan, Hüseynov Məhəmməd İslam oğlunu 70 illik yubileyi münasibətilə evində ziyarət edərək, təbrik edib.
Modern.az xəbər verir ki, Hüseyn məmmədov YAP Kəlbəcər rayon təşkilatının Fəxri Fərmanı ilə təltif edib.
Təşkilatın sədri Həbib Misirov Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı və hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirib.
Xanəndənin uzun illər Azərbaycan mədəniyyətinə, incəsənətinə, musiqi sənətinə göstərdiyi xidmətlərdən söz açıbdır.
Xanəndə Məhəmməd Hüseynovda şəhid ailələrinə, sənətə və sənətkarlara göstərilən diqqət və qayığıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, Xanəndə Məhəmməd Hüseynovun oğlu Vitali Hüseynov və qardaşı l Qarabağ müharibəsi zamanı şəhid olublar.