Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün - cümə axşamı xalqa müraciət edəcək.
Modern.az-ın məlumatına görə, bu barədə xəbəri "Sky News" telekanalı yayıb.
Belə ki, telekanalın aparıcısı canlı yayımda bildirib:
"Mən indicə Dauninq-stritdən (Britaniya baş nazirinin iqamətgahı yerləşən məşhur küçə-red.) rəsmi açıqlama aldım. Baş nazir bu gün ölkəyə müraciət edəcək. Yəni Boris Conson açıqlama verəcək. Onun üçün iş bitdi".
Xatırladaq ki, Böyük Britaniyada hökumət üzvləri Boris Consondan istefa verməyi tələb ediblər.
Baş nazir əvvəllər adı müxtəlif qalmaqallarda hallanmış Kris Pinçerə hakim partiyada yüksək vəzifə verməkdə təqsirli sayılır. Parlamentin üzvü olan Kris Pinçer iyunun 29-da paytaxt Londonun klublarının birində sərxoş vəziyyətdə dava salıb. Conson səhvini etiraf edərək hökumət üzvlərindən üzr istəsə də, ona etimadsızlıq məsələsi böyüyüb.