Modern.az

MİQ-də yenilik - Səhv düz cavaba belə təsir edəcək

MİQ-də yenilik - Səhv düz cavaba belə təsir edəcək

Aktual

7 İyul 2022, 12:58

"Müəllimlərin işə qəbulu üzrə test imtahanında səhv cavablandırılmış suallar düzgün cavabların dörddə bir hissəsinə təsir edəcək".

 

Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

 

"İmtahanlar bir neçə şəhər və rayonda həyata keçiriləcək. Bu, namizədlərin də imtahanların keçirildiyi mərkəzlərə rahat gəlməsi üçün əlverişlidir. İmtahanlar 15 mərkəzdə keçiriləcək. Mərkəzlər kondisionerlərlə təmin olunacaq.

 

Namizəd ixtisas sualına səhv cavab verirsə, bu, həmin ixtisasdan olan sualın və ya ümumilikdə düz cavablandırılan sualın 0.5 balını aparacaq. Metodikadan səhv cavablandırılan sual isə nəticəni 0.25 bal azaldacaq", - nazirlik rəsmisi bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər