Modern.az

Britaniyada daha 3 istefa - Conson getməyə RAZILAŞIB

Britaniyada daha 3 istefa - Conson getməyə RAZILAŞIB

Aktual

7 İyul 2022, 13:50

Böyük Britaniyada hökumətin daha 3 üzvü istefa verib. Bunlar hakim Mühafizəkarlar Partiyasının iki sədr müavini - Karolin Conson və Lyuk Holl, eləcə də Xarici İşlər Nazirliyinin şəxsi parlament katibi Rob Batlerdir.

Modern.az xəbər verir bu barədə “Sky News” telekanalı məlumat yayıb.

“Bununla da hökumətin ümumilikdə 57 üzvü istefa verib”, - deyə telekanal qeyd edir.

Hökuməti tərk edən məmurlar bunu Baş nazir Boris Consona etimadsızlıq kimi təqdim edərək, onu istefa verməyə çağırıblar.

“Sky News”un son məlumatına görə, Boris Conson artıq istefa verməyə razılaşıb. Onun bu gün Böyük Britaniya xalqına müraciət edəcəyi bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər