Modern.az

“Qazaq Air” aviaşirkətinin Bakıya ilk reysi

“Qazaq Air” aviaşirkətinin Bakıya ilk reysi

Aktual

7 İyul 2022, 15:58

Cümə axşamı, iyulun 7-də Qazaxıstanın “Qazaq Air” aviaşirkətinin ilk təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bu həftədən etibarən Qazaxıstanın aviadaşıyıcısı yeni Aktobe-Bakı-Aktobe və Nur Sultan-Bakı-Nur-Sultan (Aktobe üzərindən tranzit) marşrutu üzrə müntəzəm reyslər yerinə yetirəcək.

 

Bu istiqamətdə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.

 

Marşrut üzrə uçuşlar 86-dək sərnişin oturacağı ilə təchiz edilmiş Kanada istehsalı olan “De-Havilland Dash 8-Q400” hava gəmisində həyata keçirilir. Bu istiqamət üzrə aviabiletləri aviadaşıyıcının rəsmi internet saytında www.flyqazaq.com, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür.

 

Səyahət etməzdən öncə bütün sərnişinlərə COVID-19 pandemiyası zamanı hər iki ölkədə mövcud giriş qaydalarına dair ən son məlumatları yoxlamaq tövsiyə olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər