Modern.az

“Açıq mikrofon” bu dəfə Oğuzda - FOTO

“Açıq mikrofon” bu dəfə Oğuzda - FOTO

Aktual

7 İyul 2022, 16:26

Bu gün "Azəriqaz"ın sayca 103-cü “Açıq mikrofon” aksiyası Oğuz rayonunda baş tutub.

 

Modern.az xəbər verir ki, digər bölgələrdə olduğu kimi Oğuz rayonunda da böyük marağa səbəb olan aksiya vasitəsi ilə vətəndaşlar müraciətlərini “Azəriqaz” İstehsalat Birlyinin rəhbərliyinə ünvanlayıblar.

 

Onları maraqlandıran suallara elə yerindəcə cavab tapan vətəndaşlar keçirilən aksiyadan məmnunluqlarını bildiriblər.

 

Görüşdə səsləndirilən bütün təkliflər, iradlar və problemlər SOCAR "Azəriqaz" İB-nin məsul şəxsləri tərəfindən qeydiyyata alınıb. Qeydə alınan bütün müraciətlər isə öz növbəsində Birlik rəhbərliyinin tapşırığına uyğun olaraq müvafiq tabeli təşkilatlar tərəfindən icra ediləcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər