Modern.az

Putin hökumətin iclasını çağırdı

Putin hökumətin iclasını çağırdı

Aktual

7 İyul 2022, 17:34

İyulun 8-də Rusiya prezidenti Vladimir Putin yanacaq-energetika kompleksini müzakirə etmək üçün hökumətin üzvləri ilə videokonfrans vasitəsilə növbəti görüş keçirəcək.

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında deyilir.

"Putin iyulun 8-də Rusiya Federasiyası hökumətinin üzvləri ilə videokonfrans vasitəsilə növbəti görüş keçirəcək. Görüşün əsas mövzusu yanacaq-energetika kompleksindəki vəziyyətin müzakirəsi olacaq. Baş nazirin müavini Novak və “Qazprom”un sədr müavini Miller təqdimatlarla çıxış edəcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər