Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatında oyunlara spirtli içki buraxılmayacaq.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, futbol arenalarından kənarda pivə satışına yalnız bəzi matçlardan əvvəl və sonra icazə veriləcək.
Builki çempionat alkoqolla bağlı ciddi nəzarəti olan müsəlman ölkəsində keçirilən ilk dünya çempionatıdır. Ekspertlər deyir ki, bu qadağalar pivə həvəskarları ilə əlaqəli və qlobal pivə istehsalı brendlərinin sponsorluğu ilə keçirilən tədbirin təşkilatçıları üçün problemlər yaradır.
"Stadionlarda planlar hələ də yekunlaşmaq üzrədir, lakin hazırkı müzakirə azarkeşlərə stadiona gələndə və stadiondan çıxarkən pivə içməyə icazə verməkdir, lakin oyun zamanı və ya stadionun içərisində pivə verilməyəcək", - deyə mənbə qeyd edib.
Akif İsmayılov