Yaponiyanın güllələnmiş sabiq Baş naziri Sindzo Abe xəstəxanada dünyasını dəyişib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı Yaponiya rəsmiləri təsdiqləyiblər.
Daha əvvəl onun kritik durumda olduğu deyilirdi.
***
“Keçmiş Baş nazir Sindzo Abenin vəziyyəti kritikdir, həkimlər onun həyatını xilas etmək üçün əllərindən gələni edir”.
Modern.az xəbər verir ki, bunu Yaponiyanın hazırkı Baş naziri Kişida Fumio deyib.
Qeyd edək ki, bundan əvvəl Abenin ölümü ilə bağlı xəbərlər yayılmışdı.
***
Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe xəstəxanada dünyasını dəyişib.
Modern.az xəbər verir ki, mitinqdə çıxışı zamanı güllələnən sabiq hökumət rəhbərinin həyatını xilas etmək mümkün olmayıb.
***
Yaponiyanın Nara şəhərində keçirilən mitinqdə sabiq Baş nazir Şinzo Abeyə silahlı hücum edilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı atəş səslərinin eşidildiyi, sonra Şinzo Abenin yerə yıxıldığı bildirilir.
Məlumata görə, keçmiş Baş nazir xəstəxanaya yerləşdirilib. Ona iki dəfə atəş açıldığı ehtimal olunur. İnsident onun mitinqdə çıxışı zamanı baş verib.
Yerli KİV-lər Abeyə atəş açan şəxsin saxlanıldığını bəyan edib. Hazırda hadisənin təfərrüatları araşdırılır. Əlavə məlumat verilməyib.
Qeyd edək ki, Şinzo Abe 2006-2007 və 2012-2020-ci illərdə Yaponiyanın Baş naziri olub.