Modern.az

Baş nazir soydaşlarımızı təbrik etdi

Baş nazir soydaşlarımızı təbrik etdi

Aktual

10 İyul 2022, 09:26

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, Baş nazir Qurban bayramının sülh, mərhəmət və ümid bayramı olduğunu bildirib.

 

Baş nazirin təbrikində deyilir:

 

"Müsəlman həmvətənlərimizi sülh, xeyirxahlıq və ümid bayramı olan Qurban bayramı münasibətilə təbrik edirəm. Hər kəsə firavanlıq, sevinc və xoşbəxtlik arzulayıram".

 

Qeyd edək ki, parlament sədri Şalva Papuaşvili, Dini Məsələlər üzrə Dövlət Agentliyi, barışıq və vətəndaş bərabərliyi üzrə dövlət nazirinin Aparatı, digər bir sıra dövlət qurumları da ölkənin müsəlman icmasını təbrik edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı