Modern.az

Bakıdan Moskvaya uçan təyyarə geri qayıtdı

Bakıdan Moskvaya uçan təyyarə geri qayıtdı

Aktual

10 İyul 2022, 09:42

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən "Airbus A340" hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

 

Bu barədə Modern.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, "Airbus A340" təyyarəsi saat 09:11-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

 

Gecikmiş Bakı-Moskva və Moskva-Bakı reyslərinin sərnişinləri texniki problemlər aradan qaldırılana qədər hoteldə yerləşdiriləcək və lazımi əşyalarla təmin olunacaqlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı