Modern.az

Abenin qətlindən iki gün sonra seçki keçirilir

Abenin qətlindən iki gün sonra seçki keçirilir

Aktual

10 İyul 2022, 10:30

İyulun 10-da Yaponiya parlamentinin yuxarı palatasına seçkilər keçirilir.

 

Modern.az xəbər verir ki, Yaponiyanın İnzibati Məsələlər və Kommunikasiya Nazirliyinə istinadla xəbər verir ki, budəfəki seçkilər 2019-cu ildə keçirilmiş seçkilərdən seçici fəallığı ilə seçilir.

 

Yerli vaxtla saat 10:00-a olan məlumata əsasən, seçkilərə bütün ölkə üzrə seçicilərinin 6,18 faizi qatılıb. Bu əvvəlki seçkilərdən 0,53 faiz çoxdur.

 

Qeyd edək ki, seçkilər sabiq Baş nazir Şinzo Abeyə sui-qəsddən cəmi iki gün sonra keçirilir. Yaponiyanın hakim Liberal Demokratik Partiyasının (LDP) ən böyük fraksiyalarından birinə başçılıq edən Ş.Abe iyulun 8-də küçə mitinqi zamanı aldığı iki güllə yarasından sonra dünyasını dəyişib.

 

Bir sıra partiyalar, o cümlədən müxalifətdə olan qüvvələr seçkilərin tarixinin dəyişdirilməsini təklif etsələr də, Baş nazir Fumio Kişida demokratiyanın zorakılıq qarşısında geri çəkilməyəcəyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!