Modern.az

“Qarabağ”ın rəqibi Bakıya məğlub gəlir

“Qarabağ”ın rəqibi Bakıya məğlub gəlir

Aktual

10 İyul 2022, 10:41

Futbol üzrə Polşa Super kuboku yarışının qalibi müəyyənləşib.

 

Modern.az xəbər verir ki, həlledici oyunda son ölkə çempionu “Lex”lə ölkə kubokunun qalibi “Rakuv” üz-üzə gəlib.

 

“Rakuv” rəqibini 2 cavabsız qolla məğlub edərək Super kubok yarışının qalibi olub.

 

Qeyd edək ki, “Lex” UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Azərbaycan çempionu Ağdamın “Qarabağ” klubunun rəqibidir. Komandalar arasında Polşada keçirilən ilk oyunda meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər. Cavab qarşılaşması iyulun 12-də Bakıda keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı