Bolnisidə “Vətəndaş Bərabərliyi Platforması” fəaliyyətə başlayıb.
Modern.az xəbər verir ki, sözügedən təşkilatın ötən gün təqdimat mərasimi həyata keçirilib.
Təşkilatın rəhbəri Samirə İsmayılova bildirib ki, təşkilatları yeni fəaliyyətə başlayıb və daha çox iş istiqamətləri qadınların hüquqlarının qorunması yönündə olacaq.
O bildirib ki, onlar “Gürcüstanda Qadınlar Fondu” tərəfindən “Daha yaxşı gələcək naminə qadınların sağlamlığının və hüquqlarının qorunmasının təşviqi”nin layihəsinə artıq başlayıblar.
Samirə İsmayılova qeyd edib ki, həyata keçirdikləri layihənin benefisiarları Bolnisi bələdiyyəsində yaşayan 14-70 yaşlı etnik azlıqlardan olan qızlar və qadınlardır.