İran Fordo nüvə obyektində 20%-ə qədər zənginləşdirilmiş uran istehsal edib.
Modern.az xəbər verir ki, bu barədə İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi deyib.
Onun sözlərinə görə, ölkəsi azı iki həftə əvvəl yeni sentrifuqalara qaz vurulması barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə məlumat verib.
Adı açıqlanmayan şəxs bu yaxınlarda İranın Fordo nüvə obyektində quraşdırılmış sentrifuqalarda 20%-ə qədər zənginləşdirilmiş uran istehsal etdiyini vurğulayıb.