Modern.az

Eks-baş nazirin qətlini bayram etdilər

Eks-baş nazirin qətlini bayram etdilər

Aktual

10 İyul 2022, 17:04

Çinli gənclərin bir qrupu Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin ölümünü sevinclə qarşılayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar gecə klubunda siyasətçinin görüntüləri fonunda rəqs edərək əyləniblər.

 

Görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Qeyd edək ki, Abenin qətli Çin cəmiyyətində mübahisələrə səbəb olub. Bəziləri Yaponiyanın keçmiş liderinin vəfatı ilə bağlı başsağlığı versələr də, digərləri, o cümlədən, Çin millətçiləri siyasətçinin qətlini müsbət hal kimi qiymətləndiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı