Modern.az

Bu yolda hərəkət məhdudlaşdırılır

Bu yolda hərəkət məhdudlaşdırılır

Aktual

10 İyul 2022, 18:02

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-13-cü kilometrlik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar 11 iyul tarixində saat 08:00-dan 18:00-dək yolun qeyd edilən hissəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, təmir-bərpa işləri aparılan ərazidə əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.

 

Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

 

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı