Yaponiya parlamentinin yuxarı palatasına keçirilən seçkilərdə tərkibində Liberal Demokratik Partiya və “Komey-to” partiyası olan hakim blok üstünlüyü saxlayıb.
Modern.az xəbər verir ki, NHK telekanalının keçirdiyi "exit-poll"un nəticələrinə görə, hakim blok mövcud 125 mandatdan ən azı 63-nü qazanıb.
Bundan əlavə, konstitusiya dəyişikliyinə çağıran partiyalar azı 82 yer qazanacaqlar ki, bu da müvafiq referendumun keçirilməsi ilə bağlı böyük üstünlüyü formalaşdırmağa imkan yaradacaq.
Yaponiya İnzibati İşlər və Kommunikasiya Nazirliyinin məlumatına görə, yerli vaxtla saat 18:00-dək seçki məntəqələrinə gəliş 27,38 faiz təşkil edib ki, bu da üç il əvvəl olduğundan 0,08 faiz çoxdur.
Yaponiya parlamentinin yuxarı palatasına budəfəki seçkilər sabiq Baş nazir Şinzo Abenin qətlindən cəmi iki gün sonra keçirilib.