Modern.az

Antaliyaya tətilə gəldi, ölü tapıldı

Antaliyaya tətilə gəldi, ölü tapıldı

Aktual

10 İyul 2022, 18:34

Antaliyanın Alaniya şəhərində istirahət edən alman turist otel otağında ölü tapılıb. 

 

Modern.az xəbər verir ki, ailəsi ilə birlikdə istirahətə gələn və Payallar məhəlləsindəki oteldə qalan Viktor Peters uzun müddət otaqdan çıxmadığından ailəsi onun yanına gedib.

 

Petersin ailə üzvləri həkimlərdən kömək istəyib. Otelə jandarma və sağlamlıq qrupları cəlb edilib. Otel otağına baxış keçirərkən onun öldüyü məlum olub. 

 

Ölüm səbəbi hələlik məlum deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı