Modern.az

Temperatur 42 dərəcəyədək artacaq

Temperatur 42 dərəcəyədək artacaq

Aktual

11 İyul 2022, 11:57

İyulun 12-nə gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında zəifləyəcək.

 

Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 50-55 faiz olacaq.

 

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar olaraq əhalinin ehtiyatlı olması tövsiyə olunur. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 25-29° isti olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı