Modern.az

Poqba "Yuventus"a geri döndü

Poqba

Aktual

11 İyul 2022, 14:13

İtaliyanın "Yuventus" klubu yeni transferini gerçəkləşdirib.

 

Modern.az xəbər verir ki, Turin təmsilçisi rəsmi tviter hesabında İngiltərənin "Mançester Yunayted" klubundan ayrılan Pol Poqbanı heyətinə qatdığını açıqlayıb.

 

29 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları hələlik bəlli deyil.

 

Qeyd edək ki, Pol Poqba 2012 - 2016-cı illərdə də "qoca sinyora"nın formasını geyinib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...