Modern.az

"Neftçi" Türkiyədə uduzdu

Aktual

11 İyul 2022, 14:58

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" növbəti yoxlama oyununu keçirib.

 

Modern.az xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Türkiyə Super Liqasında çıxış edən “Sivasspor”la üz-üzə gəlib.

 

“The Sign Esentepe Hotel & Ski Center”in stadionunda keçirilən qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə bitib - 1:0. Görüşdə yeganə qolu 18-ci dəqiqədə İsaak Kofi vurub.

 

Qeyd edək ki, "Neftçi" Boludakı ilk yoxlama matçında "Sakaryaspor"la 1:1 hesablı heç-heçə edib. "Ağ-qaralar" azırlıq prosesində daha bir matç keçirməyi planlaşdırır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı