Modern.az

“Qəbələ” 4 futbolçu ilə vidalaşdı

“Qəbələ” 4 futbolçu ilə vidalaşdı

Aktual

11 İyul 2022, 15:57

"Qəbələ" klubu 4 futbolçusu ilə vidalaşıb.

 

Modern.az-ın məlumatına görə, yarımmüdafiəçilər Stefan Vukçeviç, Fernan Lopes, Kamal Mirzəyev və hücumçu Patrik Robsonla yollar ayrılıb.

 

2020-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Vukçeviç iki mövsüm ərzində 58 oyunda 2 qol vurub. Ötən mövsümün əvvəlində bir illik fasilədən sonra komandamıza qayıdan Fernan Lopesin hesabında 40 matçda 4 top var. Fasilələrlə “qırmızı-qara” forma geyinən Kamal 15, qışda komandamıza qoşulan Patrik 13 qarşılaşmada iştirak edib.

 

“Qəbələ” İdman Klubu bu futbolçulara “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edir, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı