Gürcüstanda koronavirusa yoluxma sayı 5 dəfə artıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Zurab Azaraşvili bildirib.
Onun sözlərinə görə, Gürcüstanda bir həftə öncə koronavirusa sutkalıq yoluxma sayı 100 idisə, hazırda bu göstərici 500-dür. Buna baxmayaraq, nazir Gürcüstanda epidemioloji vəziyyətin normal olduğunu deyib və əhalini təşvişə düşməməyə çağırıb.
Səhiyyə naziri ölkədə yeni məhdudiyyətlərin tətbiq olunmayacağını da vurğulayıb.