“Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 4 zolağa genişləndirilməsi” layihəsi ilə bağlı “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” xətt magistral qaz kəmərinə yeni çəkilmiş qaz xətlərinin birləşdirilməsi ilə bağlı təmir işləri görüləcək.
Bu barədə Modern.az-a “Azəriqaz” İB-nin məlumat verilib.
Qeyd olunub ki, 13 iyul 2022-ci il saat 09:00-dan etibarən 3 (üç) gün müddətində təmir işləri başa çatanadək Gədəbəy rayonunun tam olaraq, Şəmkir və Tovuz rayonlarının isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. 14 iyul 2022-ci il saat 09:00-dan 2 (iki) gün müddətində Tovuz rayonunun tam olaraq, həmçinin 15 iyul 2022-ci ildən 2 (iki) gün müddətində Tovuz rayonunun bir hissəsinin, 14 iyul 2022-ci il saat 09:00-dan etibarən 3 (üç) gün müddətində təmir işləri başa çatanadək Ağstafa rayonunun tam olaraq qaz təchizatında fasilə yaranacaq.