Modern.az

Nəhəng ekzoplanetdə su tapıldı

Nəhəng ekzoplanetdə su tapıldı

Aktual

13 İyul 2022, 09:12

NASA-nın Ceyms Uebb teleskopu nəhəng WASP-96b ekzoplanetinin atmosferində suyun əlamətlərini tapıb.

 

Modern.az "lenta.ru"ya istinadən məlumat verir ki, planet Yerdən min işıq ilindən çox uzaqda, Feniks bürcündə WASP-96 ətrafında fırlanan ulduz sistemində yerləşir.

 

Bu planet tamamilə yüksək temperaturadək qızdırılan qazdan ibarətdir.

 

Ceyms Uebbdən alınan ilk spektral məlumatlar cismin yuxarı atmosferində su buxarının, eləcə də orada buludların və dumanın mövcudluğunu göstərib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı