Modern.az

Azərbaycanda quzu əti BAHALAŞDI

Azərbaycanda quzu əti BAHALAŞDI

Aktual

13 İyul 2022, 09:52

Azərbaycanda quzu ətinin qiymətində artım qeydə alınıb.

 

Modern.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, bazarda qoyun əti 7-8, quzu əti isə 15-16 manatdır. Qiymət artımınadək quzu əti 13-14 manat idi. Qəssablar quzu ətinin topdansatış qiymətinin artdığını deyirlər.

 

Heyvandarlıq təsərrüfatlarının sahibləri də deyilən fikirləri təsdiqləyirlər. Mal-qaranın əsas qidasını təşkil edən otun bahalaşmasının səbəblərindən biri məhsuldarlığın az olmasıdır.

 

Digər səbəb isə xaricdən idxal olunan gübrələrin bahalaşmasıdır.

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!