Modern.az

"Komandir"in təqdimatı - FOTOLAR

Aktual

12 İyul 2022, 12:50

Bu gün Sumqayıt şəhər Şəhidlər Xiyabanında şəhid polkovnik-leytenant Raquf Orucovun 50 illik yubileyi ilə bağlı anım tədbiri keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə şəhid ailələri, qazilər, Sumqayıt şəhər YAP-nın rəhbərliyi, Müdafiə Nazirliyinin əməkdaşları, Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinin nümayəndələri, Hərbi Çağırış və Səfərbərlik üzrə Dövlət Xidmətinin əməkdaşları, Regional İnkişaf İctimai Birliyinin könüllüləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid komandirin döyüş yolu haqqında gənclərə məlumat verilib, əziz xatirəsi yad edilib.

 

Tədbirin rəsmi hissəsi Sumqayıt şəhər Yeni Azərbaycan Partiyasının qərargahında davam etmişdir. Tədbirdə şəhid komandirin həyatından bəhs edən “Ruhun həsrəti” filmi nümayiş edilib.

 

Sonda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xatirə hədiyyəsi şəhid komandirin ailə üzvlərinə təqdim olunub, RİİB könüllülərinə Raquf Orucovun döyüş yolundan bəhs edən “Komandir” romanı təqdim edilib.

 

Emin Məhərrəmov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı