Modern.az

"Qarabağ"ın rəqibi iki futbolçusu ilə vidalaşdı

Aktual

13 İyul 2022, 15:00

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan İsveçrə "Sürix"i iki futbolçusu ilə yollarını ayırıb.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, icarə əsasında komandada çıxış edən xorvatiyalı Ante Koriç müqavilə ilə məxsus olduğu İtaliya "Roma"sına qayıdıb.

 

25 yaşlı yarımmüdafiəçi İsveçrə təmsilçisində 23 oyun keçirib, bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

 

"Sürix" 21 yaşlı müdafiəçi Filip Freyin sözləşməsinin uzadılmadığını da açıqlayıb.

 

Qeyd edək ki, "Qarabağ" "Sürix"lə ilk matçını iyulun 19-da evdə, cavab görüşünü isə iyulun 27-də səfərdə keçirəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı