Modern.az

Qazaxda ağır qəza - Sürücü öldü

Qazaxda ağır qəza - Sürücü öldü

Aktual

14 İyul 2022, 10:38

İyulun 13-də saat 19 radələrində Qazax şəhəri ərazisində Çaylı kənd sakini İlham Sadıqov idarə etdiyi “Mercedes” markalı avtomobili yük avtomobilinə vurub və sonradan “VAZ-2107” markalı digər avtomobilə dəyib.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən İ.Sadıqov ölüb. 


Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər