Modern.az

Dünyada koronavirusa yoluxanlar artıb - ÜST

Dünyada koronavirusa yoluxanlar artıb - ÜST

Aktual

14 İyul 2022, 14:38

Son bir həftə ərzində dünyada koronavirusa yoluxanların sayı 6 faiz artıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

 

Bu müddət ərzində yoluxmalarda ən çox artım Sakit okean regionunda (28 faiz) və Şərqi Aralıq dənizi regionunda (25 faiz) qeydə alınıb.

 

İyulun 4-ü və 10-u arasında dünyada 5,7 milyon nəfər COVID-19-a yoluxub. Eyni zamanda, ötən həftə ərzində 9,8 min nəfər vəfat edib.

 

Bu günədək dünyada koronavirusa yoluxanların sayı 553 milyon nəfəri, ölənlərin sayı 6,3 milyon nəfəri ötüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı