Modern.az

Bakıda yaşayış binasında TƏHLÜKƏ

Bakıda yaşayış binasında TƏHLÜKƏ

Aktual

15 İyul 2022, 15:30

Bakıda binanın fasad üzlüyünün bir hissəsi yerindən qoparaq asılı vəziyyətdə qalıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının şüşədən ibarət fasad üzlüyünün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub.

 

Həyata keçirilən tədbirlər nəticəsində yaranmış təhlükə aradan qaldırılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı