Modern.az

26 yaşlı gənci avtomobil vurdu

26 yaşlı gənci avtomobil vurdu

Aktual

17 İyul 2022, 12:04

Bakıda avtomobil 26 yaşlı gənci vuraraq ağır xəsarət yetirib.

 

Modern.az-ın məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Hövsan qəsəbəsində “Mercedes” markalı avtomobil yolu keçən 1996-cı il təvəllüdlü Altun Cəfərovu vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol ayağın çoxsaylı sınıqları diaqnozu qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.

("Report")

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı