Modern.az

12 vaqon relsdən çıxdı - Ölən var 

12 vaqon relsdən çıxdı - Ölən var 

Aktual

17 İyul 2022, 12:14

Tula vilayətində naməlum şəxs hərəkətdə olan qatardan metal oğurlamağa cəhd edərkən yük qatarının 12 vaqonu relsdən çıxıb.

 

Modern.az xəbər verir ki, bu barədə Moskva Dəmir Yolunun mətbuat xidmətindən məlumat verilib.

 

Belə ki, oğurluq metal parçalarından biri dəmir yolu relsinin üzərinə düşüb. Nəticədə metal parçası qatarın təkərləri altında qalıb və qəza baş verib.

 

İlkin məlumatda qeyd olunur ki, qəza nəticəsində bir nəfər həyatını itirib.

 

Hazırda hadisə yerində hüquq-mühafizə orqanların əməkdaşları işləyir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı