Modern.az

İndoneziyada zəlzələ oldu

İndoneziyada zəlzələ oldu

Aktual

20 İyul 2022, 08:46

İndoneziyanın Sumatra adasının sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb. 

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, yeraltı təkanların episentri 309 minə yaxın insanın yaşadığı Benqkulu şəhərindən 56 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 60 km dərinlikdə olub.

 

Sunami təhlükəsi və ya mümkün dağıntılar barədə məlumat verilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı