Modern.az

Bakıda 2 prokurora töhmət verildi, 2-si işdən çıxarıldı

Bakıda 2 prokurora töhmət verildi, 2-si işdən çıxarıldı

Aktual

20 İyul 2022, 15:46

Hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda keçirilən əməliyyat müşavirəsində məlumat verilib.

 

Bildirilib ki, 2022-ci ilin birinci yarımili ərzində şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 6 nəfər intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 2 nəfərə töhmət, 1 nəfər şiddətli töhmət verilmiş, 1 nəfərə irad tutulmuş, 1 nəfər tutduğu vəzifədən azad olunmuş, 1 nəfər prokurorluq orqanlarından xaric edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!