Modern.az

İsrail səfirindən Təbriz PAYLAŞIMI

İsrail səfirindən Təbriz PAYLAŞIMI

Aktual

20 İyul 2022, 21:40

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən "Təbrizin sehrli nağılları" kitabı ilə paylaşım edib.

 

Modern.az xəbər verir ki, israilli diplomat tviterdə yazıb:

 

"Bu yaxınlarda mənə armağan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bu günlərdə nə oxuyursunuz?"

 

Qeyd edək ki, "Təbrizin sehrli nağılları" dünya incəsənəti tarixində özünəməxsus yer tutan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin bir hissəsi olan Azərbaycan miniatür sənətindən bəhs edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı