Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 22 İyul-Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib.
Modern.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Əziz media nümayəndələri, Sizi 22 İyul – Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edir, şəxsi həyatınızda və peşə fəaliyyətinizdə cansağlığı və uğurlar arzulayıram.
Xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrimizin, zəngin və qədim tariximizin parlaq güzgüsü olan və əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycanın milli mətbuatı cox şərəfli və zəngin inkişaf yolu keçmişdir. Görkəmli ziyalılarımız, jurnalistlər, yazıçılar və digər peşə sahibləri mətbuat vasitəsilə milli şüurun, mənəviyyatın və mədəniyyətin inkişafına güclü təkan vermişlər".