Modern.az

Rəqabət Məcəlləsi 2023-cü ildə qəbul ediləcək

Rəqabət Məcəlləsi 2023-cü ildə qəbul ediləcək

Aktual

22 İyul 2022, 14:18

Beynəlxalq təcrübə və müasir yanaşmaları əks etdirən Rəqabət Məcəlləsinin qəbul olunması nəzərdə tutulur.

 

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.

 

İşin əsas icraçısı İqtisadiyyat Nazirliyidir. Plan 2022-2023-cü illəri əhatə edir.

 

İlkin mərhələdə Rəqabət Məcəlləsi hazırlanacaq və 2023-cü ildə qəbul ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı