Modern.az

Goranboyda Mətbuat Günü qeyd edilib

Goranboyda Mətbuat Günü qeyd edilib

Aktual

22 İyul 2022, 14:54

Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  22-İyul Milli Mətbuat Günü ilə bağlı, rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, rayonun bir qrup ziyalıları və ictimai fəalları, müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

 

Tədbirdə “22 iyul Milli Mətbuat Günü” münasibəti  və rayon İcra Hakimiyyəti ilə əməkdaşlığa görə bir qrup  mətbuat nümayəndəsinə rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı