Modern.az

Məşhur türkiyəli yazıçı vəfat etdi

Məşhur türkiyəli yazıçı vəfat etdi

Aktual

24 İyul 2022, 09:47

Türkiyəli məşhur yazıçı Rasim Özdənörən vəfat edib.

 

Modern.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, Ankara Universiteti Tibb Fakültəsi Xəstəxanasında 82 yaşında dünyasını dəyişib.

 

Rasim Özdənörən 1940-cı il mayın 20-da Türkiyənin Kahramanmaraş vilayətində anadan olub. O, 30-a yaxın kitabın müəllifidir. “Çarpılmışlar”, “Yaşadığımız günlər”, “Ədəbiyyat və həyat” kimi kitabları müəllifə məşhurluq gətirib.

 

Müəllifin “Kirli şüşələr” adlı kitabı Azərbaycanda “Adiloğlu” nəşriyyatında nəşr olunub.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!