Modern.az

"Barsa" "Real"a qalib gəldi

Aktual

24 İyul 2022, 11:28

İspaniyanın "Barselona" və "Real Madrid" futbol klubları ABŞ-da yoxlama oyununda üz-üzə gəliblər.

 

Modern.az xəbər verir ki, Las-Veqasdakı "Allegiant" stadionunda keçirilən görüş “Barselona”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 27-ci dəqiqədə Rafinya vurub.

 

Qeyd edək ki, "Barselona" La Liqanın birinci turunda avqustun 13-də "Rayo Valyekano"nu qəbul edəcək. Madrid klubu isə bir gün sonra "Almeriya"nın qonağı olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...