Modern.az

Sabah da yağış yağacaq 

Sabah da yağış yağacaq 

Aktual

24 İyul 2022, 12:04

Sabahın hava proqnozu açıqlanıb.

 

Modern.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

 

Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-33° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

 

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 14-18° isti olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı