Modern.az

Rəis oğlu barədə hökmdən protest VERİLDİ

Rəis oğlu barədə hökmdən protest VERİLDİ

Aktual

25 İyul 2022, 14:22

Bəzi media səhifələrində  etibardan sui- istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə təqsirləndirilən Xətai RPİ-nin Cinayət-axtarış şöbəsinin sabiq kiçik əməliyyat müvəkkili Həşimli Elvin Elçin oğluna Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət verilməsi ilə bağlı informasiyalar yayılıb.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, Elvin Həşimlinin tanışı Möhkəm Səmədova birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olub gəlir əldə etmək adı ilə sonuncunun  2 milyon 59 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Bununla bağlı Xətai rayon prokurorluğunda Elvin Həşimlinin Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi  baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Həmin  məhkəmənin 13 iyul 2022-ci il tarixli hökmü ilə Elvin Həşimliyə bəraət verilib.

 
21 iyul 2022-ci ildə dövlət ittihamçısı tərəfindən qeyd edilən hökmdən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, eləcə də cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsasları ilə apellyasiya protesti verilib.

 

Qeyd edək ki, sabiq polis Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həşimovun oğludur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı