Britaniyalı məşhur aktyor Devid Uorner 80 yaşında vəfat edib.
Modern.az “BBC”yə istinadən xəbər verir ki, aktyor xərçəng xəstəliyindən dünyasını dəyişib.
O, “Titanik” filmində, “Doctor Who”, “Tvin Piks”, “Qorxulu nağıllar” və digər məşhur seriallarda rol alıb. Sonuncu dəfə 2018-ci ildə “Meri Poppins geri qayıdır” filminə çəkilib.