Modern.az

Tərtərdə silahlı İNSİDENT

Tərtərdə silahlı İNSİDENT

Aktual

26 İyul 2022, 09:46

Tərtərdə silahlı insident baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Əskipara kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini, 1977-ci il təvəllüdlü Rəsul Ağayevlə həmkəndlisi, 1973-cü il təvəllüdlü Namiq Hüseynov arasında pambıq sahəsinin suvarılmasına görə mübahisə yaranıb. Bu zaman R.Ağayev ov tüfəngilə N.Hüseynova tərəf atəş açıb. Nəticədə güllə N.Hüseynovun “VAZ-2106” markalı avtomobilinə dəyib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı