İyulun 25-də saat 18 radələrində Xaçmaz rayonunun Ukur-oba kəndi ərazisində Qusar rayon sakini Asif Hacıyev idarə etdiyi “VAZ-2104” markalı avtomobili ağaca vurub.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.
Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.